Məhsul yerləşdirmə qaydası
Garderapp-da məhsul yerləşdirmək çox sadədir. Qeydiyyatdan keçdikdən və platformaya daxil olduqdan sonra məhsul yerləşdirə bilərsiniz.
Bu proses üçün sizə lazım olan tək şey keyfiyyətli və tək rəng fonunda olan şəkillərdir.
Məhsul yerləşdirmək üçün:
- Yerləşdirmək istədiyiniz məhsulun şəkillərini tək rəngli (məs.: ağ, sarı, mavi və s.) fonda çəkirsiniz. Sizə bir neçə şəkil lazım olacaq. Əgər məhsulunuz hər hansı brendə aiddirsə mütləq şəkildə məhsulun etikteini çəkməyə çalışın. Bu məhsulunuzun satışına müsbət təsir göstərəcək.
- Platformada ana səhifədə yerləşən SATIŞA BAŞLA və ya profildəki mağaza panelindən Yeni Məhsul bölmələrindən elan yerləşdirmə formuna keçid edirsiniz.